Qafqazın stabilliyi hər birimiz üçün önəmlidir.
 
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə Ankarada keçirilən birgə mətbuat konfransı zamanı bildirib.
 
O qeyd edib ki, iranlı həmkarı ilə 3+3 və Azərbaycan -Türkiyə-İran formatları çərçivəsində görüşlərin keçirilməsini müzakirə edib.
 
Nazir, Qafqazda həyata keçiriləcək infrastruktur layihələrin hər kəs üçün xeyirli olacağını da əlavə edib.

Baxış sayı: 8425 | Tarix: 17.01.2023
Bizi Telegramda izləyin: @repostaz