Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
APA xəbər verir ki, aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ekofəallar aksiyanın 38-ci günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.