Yanvarın 16-da saat 13:10 radələrində Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsində lentə alınan videoda 4-5 yaşlı uşağın hərəkətdə olan maşınların arasında azyaşlılar üçün nəzərdə tutulan motosikleti sürdüyü görünür.
 
Bu zaman onun həyatının təhlükədə olduğunu görən yaşlı kişi uşağı yoldan kənarlaşdırmağa çalışıb.
 
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, bu kimi hadisələrdə uşağın valideynləri günahkardır: “Bu mənzərə nə məntiqə, nə də şüura sığan hərəkətdir. Bəzən elə hadisələrin şahidi olursan ki, şərh verməyə çətinlik çəkirsən. Bu hadisəyə polis öz səlahiyyəti çərçivəsində hüquqi qiymət verəcək. Lakin mənəvi qiyməti cəmiyyət və elin qınağı formalaşdırmalıdır”.

Baxış sayı: 8767 | Tarix: 18.01.2023
Bizi Telegramda izləyin: @repostaz