Hüzn Günü ilə bağlı Bakıda avtobusların hərəkət sxemi dəyişdiriləcək.
 
20 Yanvar - Ümumxalq Hüzn Günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədi ilə keçiriləcək anım tədbiri ilə əlaqədar, Parlament prospekti Şəhidlər xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
 
Qeyd olunan küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək. Sərnişin avtobuslarının hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

Baxış sayı: 9869 | Tarix: 19.01.2023
Bizi Telegramda izləyin: @repostaz