Ötən gün Şəhidlər xiyabanında qarışıqlıq yaratmağa cəhd göstərən şəxs həbs olunub.
 
Bu barədə sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.
 
Onun sözlərinə görə, yanvarın 20-də Şəhidlər xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib.
 
Cəhdin qarşısı alınıb və onlardan biri - Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub.

Baxış sayı: 7608 | Tarix: 21.01.2023
Bizi Telegramda izləyin: @repostaz