Bu gün saat 10:00 radələrindən etibarən, Azadlıq prospekti - Füzuli küçəsi, Dilarə Əliyeva küçəsi və Rəşid Behbudov küçəsi istiqamətində bir sıra avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.
 
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) qafqazinfo-ya bildirilib. Məlumata görə, buna səbəb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən ərazidə təmir-bərpa işlərinin aparılmasıdır.
 
Bununla əlaqədar qeyd olunan küçə və prospektdən keçən 2, 4, 5, 14, 61, 79, 85, 88, 88A müntəzəm marşrut xətlərində fəaliyyət göstərən avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.

Baxış sayı: 11408 | Tarix: 21.01.2023
Bizi Telegramda izləyin: @repostaz