Yanvarın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti, atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
 
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Baxış sayı: 4340 | Tarix: 21.01.2023
Bizi Telegramda izləyin: @repostaz