Müharibə veteranlarına, şəhid ailələrinə və qazilərə hər zaman göstərdikləri həssas və qayğıkeş münasibətə görə ,Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun Direktoru professor Sədaqət Hüseynova, Həkim nevroloq Könül Əhmədova, reabilitoloq Aytac Hüseynova , Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən Fəxri fərmanla təltif ediliblər.
 
Bu barədə RePost.Az-a Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin səlahiyyətli nümayəndəsi polkovnik  Elmar Hüseynov məlumat verib.
 
  Təqdimatda  AVMVİB-sədrinin səlahiyyətli nümayəndəsi polkovnik  Elmar Hüseynov və Sumqayıt şəhər şöbəsinin sədri Teymuraz Mansurov iştirak edib.Şəhid ailələri, Qazilər, Müharibə Veteranlarına göstərdikləri qayğıya görə həkimlərə bütün Veteranlar ordusu adından təşəkkür ediblər.
 
Türkay Xaqan

Baxış sayı: 4245 | Tarix: 24.01.2023
Bizi Telegramda izləyin: @repostaz