AZAL-ın prezidenti Cahangir Əsgərovun vəzifəsindən azad edilməsi ilə bağlı iddialar yayılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hazırda AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prosesi gedir.
Məlumatda qeyd olunur ki, hazırda AZAL-a rəhbərlik qurumun birinci vitse-prezidenti Samir Rzayevə tapşırılıb.
Yaxın vaxtlarda Cahangir Əsgərovun vəzifəsindən azad olunması ilə bağlı sərəncam veriləcəyi gözlənilir.