Bu gecə ərzində Ukrayna hərbçiləri Rusiyanın Ukrayna ərazisinə hücum etmək üçün istifadə etdiyi İran istehsalı olan 24 kamikadze-dronun hamısını məhv edib.
 
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı “Facebook” səhifəsində məlumat verib.
 
“Yanvarın 26-na keçən gecə Rusiya işğalçıları İran istehsalı olan “Şahed-136/131” kamikadze pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum ediblər”, - məlumatda bildirilib.
 
Hücum PUA-larının Azov dənizinin şərq sahilindən atıldığı qeyd olunub.
 
Qeyd olunub ki, 24 PUA-nın hamısı Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri, döyüş təyyarələri, Hərbi Hava Qüvvələrinin mobil atəş qrupları tərəfindən məhv edilib.
 
Hərbi Hava Qüvvələri Komandanlığı əlavə edib ki, kamikadze-dronların böyük hissəsi ölkənin mərkəzində - "Mərkəz" hava komandanlığının məsuliyyət zonasında məhv edilib.
 
Kiyev şəhər hərbi administrasiyası isə bildirib ki, dronların 15-i Kiyev səmasında zərərsizləşdirilib.

Baxış sayı: 8349 | Tarix: 26.01.2023
Bizi Telegramda izləyin: @repostaz