Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri fevralın 5-də başa çatıb.
 
Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Prezident İlham Əliyevi Əbu-Dabi Əmirliyinin İcraiyyə Şurasının üzvü, Əbu-Dabi İnvestisiya Holdinqinin prezidenti Şeyx Hamid bin Zayed Al Nəhyan və digər rəsmi şəxslər yola salıblar.

Baxış sayı: 141 | Tarix: 05.02.2026
Bizi Telegramda izləyin: @repostaz