27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücumla bağlı bəzi detallar məlum olub. 
 
Tehrandakı səfirliyə xain hücumu 50 yaşlı şəxs həyata keçirib. 
 
O, səhər saatlarında "Pride" markalı avtomobili ilə Şəriəti küçəsində yerləşən səfirliyin qarşısına yaxınlaşıb. Daha sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını hədələməyə başlayıb. Ardınca səfirlik əməkdaşlarına atəş açmağa başlayıb. 
 
Hücum zamanı "Pride" markalı avtomobildə 14 və 7 yaşlı iki nəfər də olub. 
 
Amma bu İran tərəfinin məsuliyyətdən qaşmaq üçün uyudrduğu bəhanədir. Avtomobildə uşçaqların olması barədə deyilənlər yalandır. 
 
Bununla İran məsləni şəxsi münasibətlər müstəvisinə çəıkməyə çalışır. Bunun özü da təsdiq edir ki, hücum bir başa Fars molla rejiminin sifarişi ilə həyata keçirilib.
 
Qeyd edək ki, Azərbaycan səfirliyinə silahlı hücum zamanı bir nəfər şəhid olub, iki nəfər yaralanıb. 

Baxış sayı: 9964 | Tarix: 27.01.2023
Bizi Telegramda izləyin: @repostaz