"Türkiyədə baş verən zəlzələ Azərbaycan üçün təhlükə hesab olunmur".
 
Bu sözləri BAKU.WS-ə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli deyib.
 
O bildirib ki, zəlzələ həm geoloji, həm seysmoloji baxımdan, həm də məsafə cəhətdən ölkəmizdəki seysmik ocaqlara təsir edə bilməz:
 
Q.Yetirmişlinin sözlərinə görə, yaxın zamanlar üçün Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı yoxdur:
 
"Xırda təkanlar var, onların bəziləri hiss edilə bilər. Lakin heç biri qorxulu deyil".
 

Baxış sayı: 10591 | Tarix: 06.02.2023
Bizi Telegramda izləyin: @repostaz