AzərTac İnformasiya Agentliyinin keçmiş əməkdaşı Aygün Əliyeva haqsız olaraq işdən uzaqlaşdırılamsına və Ali Məhkəmənin qərarına etiraz olaraq intihara cəhd edib. 

RePost.Az xəbər verir ki, o, intihara cəhd etməmişdən öncə sosial media hesabında məlumat paylıaşaraq ölümündə Azərtac-ın keçmiş və indiki rəhbərini, o cümlədən, Ali Məhkəmənin sədrini günahkar bilib.
 

"Vəssalam. Məni aldatdılar. Artıq stimulum yoxdur. 
Mənim ölümümdə  günahkar Azərbaycan Respublikasının Ali Məhkəməsi və konkret olaraq Ramiz Rzayev, Azertac News Agency keçmiş rəhbəri, milyon manatlarla dövlət vəsaiti mənimsəmiş Aslan Aslanov və onun siyasətini davam etdirən, haqqa girməyə davam edən Vüqar Əliyevdir. 
Mən çalışdım. Haqq və ədalətin bərpasını ölkəmin ali hüququ ilə bərpa etmək üçün əlləşdim. İş üçüncü dəfə absurd qərarla yenidən Apellyasiya məhkəməsinə ve bir ay geri tarixlə dünən göndərildi. 
Olmadı. 
Şərəfimə, ləyaqətimə kölgə salmağa çalışdılar. İcazə vermirəm. Mənim iki qızım var və onların anası ləyaqətli qasındır. Onları qoyub getdiyim üçün məni bağışlamayacaqlar. Bilirəm. 
Bu, ikinci cəhdim olacaq və bu dəfə bitəcək. 
Səbəbkarlar cəzalarını alsın".

TƏBİB-in jurnalistin intiharı ilə bağlı yaydığı məlumata görə, Aygün Əliyeva bu gün saat 11:45 radələrində dərman zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
 
İlkin tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.

Baxış sayı: 9242 | Tarix: 27.02.2023
Bizi Telegramda izləyin: @repostaz