Paytaxta giriş Lökbatan dairəsindən bağlanıb.
RePost.Az xəbər verir ki, sürücülər Lökbatan dairəsindən kənar dairəvi yolla hərəkət etməyə məcbur qalıblar.
Lökbatan dairəsindən şəhərə girişin bağlanması paytaxta digər girişlərdə tıxacların yaranmasına səbəb olub. Tıxaclar həm kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçən yolda, həm də “Şamaxinka” adlanan ərazidə müşahidə olunur.
Xatırladaq ki, 2023-cü il 1-3 mart tarixlərində Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü keçirilir. Bununla əlaqədar olaraq, paytaxtın Zərifə Əliyeva, Neftçilər prospekti, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Teymur Elçin, Lermantov, Parlamen prospekti, Koroğlu Rəhimov və Yusif Səfərov küçələrində də hərəkət məhdudlaşdırılıb.