Tanınmış ilahiyyatçı Hacı Şahin dünyasını dəyişib.
 
Bu barədə ilahiyyatçının ailə yaxınları məlumat yayıb. Onun ürək tutmasından vəfat etdiyi bildirilib.
 
İlahiyyatçının Feysbuk səhifəsində bildirilib: "Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bu gün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək".
 
TƏBİB Hacı Şahin Həsənlinin ölüm səbəbini açıqlayıb. Qurumdan verilən xəbərə görə, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub.
 
Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb.
 
Ailəsinin bildirdiyinə görə, Şahin Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.
 
İlahiyyatçının ölümü ilə bağlı araşdırma aparılır.
 
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, 1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Hacı Şahin Yasamal qəbiristanlığında dəfn olunub.
 
Allah rəhmət eləsin!
 
TƏBİB-dən APA-ya verilən

Baxış sayı: 9242 | Tarix: 02.03.2023
Bizi Telegramda izləyin: @repostaz