Azərbaycanda içməli suyun tariflərinə yenidən baxılması təklif edilir.
 
Bunu "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" adlı mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, ölkədə içməli su maya dəyərindən aşağı qiymətə satılır.
 
"Qiymətin aşağı olması qurumun rentabelli işləməsinə mane olur və yenilənmə dövlət büdcəsi hesabına həyata keçirilir. Tariflər dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan tariflərə uyğun olarsa, qurumun rentabelli işləməsi və işlərin həyata keçirilməsi mümkün olar".
E.Məmmədov bildirib ki, "Azərsu" tərəfindən tariflərə gələcəkdə yenidən baxılması üçün proqram hazırlanır, lakin qərar Tarif Şurası tərəfindən qəbul edilir.

Baxış sayı: 10610 | Tarix: 10.03.2023
Bizi Telegramda izləyin: @repostaz