Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb.
 
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı Kadırov Çeçenistan Respublikasındakı vəziyyət və Ukraynada müharibə zonasında olan çeçen hərbi birləşmələri haqqında Putinə məlumat verib.
 
Putin xüsusi hərbi əməliyyat zonasında (Ukraynadakı müharibə zonası-red) çeçenlərin necə döyüşdüyünü gördüyünü və onlara ən xoş sözlərini çatdırmasını Kadırova bildirib.
 
Çeçenistan rəhbəri öz növbəsində Rusiya Prezidenti tərəfindən qarşıya qoyulan bütün tapşırıqların yerinə yetiriləcəyini söyləyib: "Biz sizin bütün əmrlərinizi yerinə yetiririk, qarşımıza qoyulan bütün tapşırıqlar yerinə yetiriləcək", - deyə Kadırov vurğulayıb

Baxış sayı: 9698 | Tarix: 13.03.2023
Bizi Telegramda izləyin: @repostaz