Bu cədvəl dünən yayıldı ki, BNA Bakı şəhərində guya qəzaların qarşısının alınması üçün bir çox prospekt və yollarda sürət həddini 10-20 km aşağı salır. Görünür Vüsal Kərimov bu qərarı qəbul edərkən heç bir mütəxəssis və ekspert rəyini nəzərə almayıb. Uzun müddətdir avtomobil sürürəm və özümü kifayət qədər təcrübəli sürücü və yol hərəkəti iştirakçısı hesab edirəm. Bu təcrübəyə istinad edərək deyə bilərəm ki, sürət həddinin saatda 20-10 km aşağı salmaqla qəzalardan qaçmaq mümkün deyil.
Qəzalar daha çox təcrübəsizlikdən və yol hərəkəti qaydalarnı bilməyən sürücülərin çoxluğundan, əsasən də mövcud sürət həddinin dəfələrlə aşılmasından qaynaqlanır. Əgər statistikaya da nəzər salsaq görərik ki, Bakı şəhərində adları sadalanan küçələrdə baş verən ağır qəzaların sayı digər küçələrlə müqayisədə üstünlük təşkil etmir. Qaydanı bilməyən, sürət həddini dəfələrlə aşan məsuliyyətsiz sürücülər sürət həddi 30-40-da endirilsə də yenə qaydalara əməl edən deyil. Əksinə interval aşağı düşdüyündən o cür sürücülərə görə ağır qəzaların sayı daha da artacaq. Təsəvvür edin Vüsal Kərimov həmin küçədə saat 80-90, 100-110 yox, 50-60, 70-90-la gedir, arxadan biri gəlib 110-120 ilə girir buna... Nə baş verir? Əminəm ki, Vüsal Kərimov da bunu çox gözəl bilir. Bəs niyə BNA qəfildən belə bir qərara gəldi, səbəb nədir? Məncə yeyinti... Çünki BNA satınalmalardan yaxşıca qazanır. Mövcud vəziyyətdə, dayanma-durmaya görə cərimələr də əlindən alındığına görə, yeganə qazanc mənbəyi satınalmalardı.
Təsəvvür edin ki, bu qayda qüvvəyə mindikdən sonra Bakı şəhərində yüzlərlə yol nişanı dəyişdiriləcək. Təcrübədən də bəllidir ki, BNA hələ pandemiyadan əvvəl, dəmirin qiyməti bahalaşmamışdan öncə bir yol nişanı lövhəsini ən azı təxminən 1500-2000 manata alırdı. Bu da, hətta Avropanın ən inkişaf etmiş ölkəsi olan Almaniyadan 30-40 dəfə bahadır.
BNA o nişanları adətən "MG Constraction" MMC adlı şirkətdən alır. Bu şirkət bunu xaricdən gətirir, yoxsa Azərbaycanda hazırlayır, heç bir məlumat yoxdur. Amma bunu yerli şirkətlərdən birinə sifariş olunub hazırlansa, bir nişan maksimum 200-300 AZN-ə başa gələr. Çünki nişanların dirəyi adətən 8-10 sm-lik profil və ya turbalardan ibarətdir, ən keyfiyyətlisinin metrəsi 9-10 AZN, 3-5 mm-lik dəmir list 2 kvadratı 90-100 AZN, üstə gəl xüsusi rənglər və zəhmət haqqı təxminən 150-200 AZN = 250-300 AZN. Lap olsun 500 AZN, daha 1840 AZN yox.
İndi bildiz bu "xalq sevgisi" nədən qaynaqlanır!?
Bundan əlavə onu da qeyd edim ki, bəzi küçələrdə sürət həddinin aşağı salınması sıxlığa səbəb olacaq və bu da yüngülk qəzaların sayını daha da artıracaq. Nəticədə yollarda km-lərlə tıxaclar yaranacaq.
P.S. Bu mənim təcrübəmdən qaynaqlanan şəxsi fikrimdir. Mövzu müzakirəyə açıqdır. Ayrıca olaraq BNA rəsmilərinin də mövqeyini səhifəmdə dərc etməyə hazıram. Buyursunlar qərarlarının izahatını versinlər. Faktlarla, statitik sübutlarla.
????Zülfüqar Xeyirxəbər