Baş nazir Əli Əsədov bu gün Milli Məclisin iclasında qaz limiti ilə bağlı aparılan müzakirələrə münasibət bildirib.
 
O bildirib ki, Azərbaycanda daxili qaz tələbatı 14 milyard kubmetrə yaxındır.
 
Baş nazir vurğulayıb ki, Azərbaycan kifayət qədər yüksək qiymətlə qaz idxal edir: "Bununla yanaşı özü də ixrac edir. Bu, bazar iqtisadiyyatıdır".
 
Xatırladaq ki, bu gün iclasda çıxış edən millət vəkili Naqif Həmzəyev bildirib ki, əhalinin qaz limiti ilə bağlı narahatlığı var: "Mart ayı hələ 3-cü ay olmasına baxmayaraq artıq qaz limiti başa çatıb. Düşünürəm ki, növbəti illərdə limit məsələsi aradan qaldırılmalı, vahid tarifə keçirilməlidir". 

Baxış sayı: 8292 | Tarix: 17.03.2023
Bizi Telegramda izləyin: @repostaz