Martın 15-də I qrup əlil, müharibə veteranı, Qarabağın «Tutusu»nu (Cumayeva Rüxsarə Bayraməli qızı) avtomobil vuraraq hadisə yerindən qaçıb. Rüxsarə Cumayevanın dediyinə görə, hadisə Nəsimi rayonunda yerləşən evindən çıxıb poliklinikaya gedərkən baş verib. 
 
Avtomobilin sürücüsü vurduğu Qarabağ veteranına yardım etmək əvəzinə onu süryərək yolun kənarına atıb və təhqir edərək hadisə yerindən uzaqlaşıb. 
 
Rüsxarə xanım belinin 12-ci fəqərəsinin sındığını və hazırda yataqdan qalxa bilmədiyini deyib. O, hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verildiyini də bildirib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev RePost.Az-a bildirib ki, hadisə ən yüksək səviyyədə nəzarətə götürülüb. Ekspertizanın rəyi hazır olduqdan sonra müvafiq qərrar qəbul ediləcək. 

 

Baxış sayı: 8976 | Tarix: 04.04.2023
Bizi Telegramda izləyin: @repostaz