1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub.
 
Bu barədə Səhiyyə Nazirliyindən deyilib.
 
Bildirilib ki, Xəstəxananın baş həkimi Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev video paylaşaraq uşaq evinə gətirilən ərzaqların onlara verilmədiyini iddia edib. Daha sonra o, qardaşının razılığı ilə Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov isə açıqlamasında yeniyetmənin ruhi xəstə olmadığını, uşağın diaqnozunun sosiopatiya olduğunu qeyd edib. Baş həkim deyib ki, yeniyetməni uşaq evinə göndərmək istəsələr də, müdiriyyət onu qəbul eləmir.

Baxış sayı: 8330 | Tarix: 05.04.2023
Bizi Telegramda izləyin: @repostaz