Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına baş direktor təyin edilib.
Bu barədə Nazirlikdən xəbər verilib. Bildirilib ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Orxan Rasim oğlu Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş direktoru vəzifəsinə təyin olunub.
Xatırladaq ki, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub.
Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, Xəstəxananın baş həkimi Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.