Separatçıların "dövlət naziri" Qurgen Nersisyan Qarabağda yaşayan ermənilərin ərazini tərk etmək əhval ruyhiyəsini nəzərə alaraq bəyanat yayıb.
Bəyanatda deyilir:
"İnsanların həyatında daim yaranan problemləri (Ermənistanda qohumunun ölümü, dəfn mərasimi, ailə üzvünün ağır xəstəliyi, cərrahi müdaxilə və s.) və gərginliyin artmasını nəzərə alaraq, son günlər Rusiya sülhməramlıları, daha tez-tez, oxşar problemlərlə qarşılaşan vətəndaşları Ermənistana daşımağa başlayıb.
- Bundan sonra fövqəladə hallarda Rusiya sülhməramlılarının köməyi ilə "artsaxdan" Ermənistana getmək ancaq RSK ilə Əməkdaşlıq Mərkəzi və mərkəzin icazəsi ilə mümkün olacaq.
- Səhhətində problemi olan və tibbi yardıma ehtiyacı olan insanlara gəlincə, onların Ermənistana daşınması "artsax Səhiyyə Nazirliyinin" icazəsi ilə BQXK-nın nümayəndəliyi vasitəsilə təşkil olunacaq."
Beləliklə, Qarabağdakı cinayətkar separatçı rejim RSK ilə əlbir olaraq insan haqlarını kobud sürətdə pozur, sakinlərin səyahət və sərbəst hərəkət etmə hüquqlarını zor gücü ilə məhdudlaşdırır. Bəs insan hüquqlarının "keşiyində duran" Avropa və ABŞ ermənisevər rəsmiləri hara baxır görəsən?