Bakının Suraxanı rayonunda dəhşətli yol qəzası baş verib. RePost.Az xəbər verir ki, Əmircan qəsəbəsində bir ailənin bütün üzvləri qəzaya düşüb.
Belə ki, Ə.Bağırov marketə daxil olmaq üçün idarə etdiyi "Mercedes" markalı avtomobilini yol kənarında saxlayıb. O, geri qayıdaraq maşınına əyləşmək istəyib. Bu zaman yüksək sürətlə gələn "BMW" markalı avtomobil Ə.Bağırovun yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış maşınına çırpılıb. Nəticədə piyada qismində Ə.Bağırov, o cümlədən "Mercedes" markalı avtomobildə olan onun həyat yoldaşı Bağırova Günel Məzahir qızı ağır xəsarət alıb. G.Bağırovanın qucağında olan 6 aylıq Bağırov Xalid Əbdulbağır oğlu isə avtomobildən bir neçə metr kənara düşərək ölüb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Araşdırmalar zamanı məlum olub ki, yol qəzası törədən sürücü “Qarabağ” futbol klubunun oyunçusu olduğu müəyyənləşib.
APA-nın əldə etdiyi məlumata görə, “BMW X5” markalı, 90 OH 111 dövlət nömrə nişanlı avtomobili idarə edən Emil Balayev “Qarabağ” futbol klubunun qapıçısıdır.