İran səfirliyinin “persona-non-grata” elan edilən diplomatlarının Azərbaycandan çıxarılması üçün prosedur qaydalarının yerinə yetirilməsinə başlanılıb.
 
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
 
Qeyd olunub ki, həmin diplomatlar aşağıdakılardır:
 
Mirmahdi Mirsalampur Şərif
 
Qurbanəli Purmərcan Varcovi
 
Hadı Moğadam
 
Əsgər Bahari Xoş Mənzər.
 
Qeyd edək ki, aprelin 6-da İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşı "persona- non-qrata" elan olunub. Onların ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.

Baxış sayı: 7361 | Tarix: 07.04.2023
Bizi Telegramda izləyin: @repostaz