Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində yanğın olub. Baş vermiş yanğın nəticəsində hazırda şəxsiyyətləri məlum olmayan 2 nəfər sexin içərisində yanıb ölüb.
 
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın nəzarətə götürülərək söndürülüb, 370 kvadratmetr sahəsi olan sexin 44 kvadratmetri yanıb, geri qalan hissəsi isə yanğından mühafizə edilib.
 
FHN-in Əməliyyat-İstintaq İdarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinə baxış keçirilməklə araşdırma aparılır.
 
 
 

Baxış sayı: 6981 | Tarix: 10.04.2023
Bizi Telegramda izləyin: @repostaz