Hebib Müntezir yazır: “Prezident Administrasiyasından “Buyuruq Mediası“na tezis gəlib ki, Ərdoğanın propaqandasını aparın, Türkiyədə seçkilər yaxınlaşır. Onlar da “baş üstə” deyib, hərəkətə keçiblər”.
 
Yəni Ərdoğanı müdafiə edənlər buyruq quludur. Ancaq cənab Ərdoğanın əleyhinə olanlar isə müstəqil adamlardır. Niyə? Demokratiyada hər bir kəsin öz fikrini azad ifadə etmək haqqı var. Elə deyilmi? Bu necə olur ki, Kemal Kılıçdaroğlu təbliğ etmək demokratiya olur, ancaq “Ərdoğanın propaqandasını aparmaq” iqtidarın sifarişi olur? 
 
Sən öz adını bizə qoyma. “Baş üstə” deyən sənsən. Biz yox. Biz türk dünyasının maraqlarından çıxış edirik. Sən isə Türkiyəni özünə tabe etməyə can atan Qərbin sifarişi ilə Ərdoğana qarşı qarayaxama kampaniyası aparırsan. Eyni zamanda ermənilərin marağından çıxış edirsən. 
 
Bilməyənlər üçün deyim ki, Həbib Müntəzir Qərbin, daha doğrusu Almaniyanın nəzarətində olan Meydan TV-yə rəhbərlik edir. Elə bu səbəbdən də bu media orqanı  həmişə anti-Azərbaycan və anti-Türkiyə mövqeyində olub. Ermənilərin müdafiəsində xüsusi fəallıq göstəriblər. 44 günlük müharibə zamanı da bu belə olub, indi də belədir. Məsələn, Laçın yolunun bağlanmasına Meydan TV dəstək verirmi? Verə də bilməz. Niyə belədir? Çünki sifarişə uyğun hərəkət edirlər. Məsələn, Nikol Paşinyan Berlində səfərdə olanda Almaniya Kansleri Olaf Şolts belə bir bəyanat verdi: “Ermənistan və Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququnu nəzərə alan dinc həll yolu tapılmalıdır. Bu prinsiplər bərabər tətbiq oluna bilər”. Başqa sözlə desək, Almaniya kansleri Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldı və Qarabağ ermənilərinin separatçı hərəkatının güclənməsinə təkan verdi. Meydan TV Olaf Şoltsun bu bəyanatına etiraz etdimi? Etmədi. Edə də bilməz. Çünki onlar müstəqil-zad deyillər, nökərdirlər. Onlara ona görə maliyyə dəstəyi verirlər ki, onların əli ilə Türk Dünyasının maraqlarını öz maraqlarına tabe etsinlər. Yəni qos-qoca Türkiyə Qərbin əlində oyuncaq olsun. Qərb Milli kimliyini Həbib Müntəzir kimi unutmuş manqurtların əli ilə Türkiyəni və Azərbaycanı ram etməyə çalışır. 
 
Nə qədər absurd olsa da belələri özlərini müstəqil jurnalistikanın təmsilçisi kimi təqdim edirlər. Təbii ki, yalan danışırlar...
 
Şəxsən mən Tayyib Ərdoğanı ona görə müdafiə edirəm ki, Azərbaycan və bütövlükdə Türk Dünyası güclənsin. Siyasi, iqtisadi, hərbi  baxımdan Türk dövlətləri ortaq məxrəcə gələ bilsinlər. Cənab Ərdoğan da bu siyasi xətti yeridir, özü də təkidlə. Mən hələ orasın demirəm ki, Ərdoğan olmasaydı ermənilər Qarabağda hələ də yallı gedirdilər. Sən hansı milli dəyərlərə söykənərək sənin xalqına ən kritik məqamda dəstək verən bir liderə dodaq büzürsən? 
 
Kemal Kılıçdaroğlunun 75 yaşı var. İndiyə kimi Türkiyə üçün ciddi bir iş görməyib. Hansı məntiqlə biz onu müdafiə etməliyik? Sən Qərbin sifarişi ilə Türkiyə və Azərbaycanın milli maraqlarına arxa çevirib onu müdafiə edirsən. Qərbə nökərçilik etməyin hələ azmış kimi bizi də öz ələmində bəyənmirsən. Niyə bu qədər yekabşlıq edirsən ki? Sənə bu haqqı kim verib? Mən ona da əminəm ki, Türkiyədəki seçki Azərbaycanda keçirilsə, xalqın ən azı 70 faizi cənab Ərdoğana səs verər. O, bu haqqı Qarabağda qazanıb. Kemal Kılıçdaroğlunun etnik və dini kimliyi də bəllidir. O da sirr deyil ki, o, PKK-HDP terror təşkilatı ilə iç-içədir, ermənilərə də xüsusi simpatiyası ilə tanınır. Mən niyə kürd və erməni separatizminə dəstək verən birini müdafiə edim ki? Sən manqurtsan, şükür Allaha, mən türk olduğumu unutmamışam...
 
Bəli, mən hər kəsin seçiminə hörmət edirəm. Kim kimi istəyirsə, onu da müdafiə edə bilər. Ancaq kimsə bunu öz əqidəsinə görə yox, sifarişlə edirsənsə, deməli, o, heç adam deyil...
 
Elbəyi Həsənli

Baxış sayı: 10249 | Tarix: 11.04.2023
Bizi Telegramda izləyin: @repostaz