“Müxalifət deyiləndə müəyyən sərhəd qoyulmalıdır. Mən də müxalifətəm”.
Report-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin aprelin 11-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Sabir Rüstəmxanlı xatırladıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə müxalifət bir yerə toplaşıb Prezidentin apardığı siyasəti müdafiə edib:
“Bir qrupa görə bütün “müxalifət belə etdi” demək olmaz. Son vaxtlar təəssüf ki, bir çox xarici ölkələrin mövqeləri bəllidir. Bu dövrdə ölkəmizdə milli birliyə çox ehtiyac var. Yenidən cəbhələşməyə yol vermək olmaz”.
Sədr Sahibə Qafarova isə qeyd edib ki, xalqın gözü tərəzidir:
“Xalq yaxşı bilir ki, kim yaxşı müxalifətdir, kim necə müxalifətdir”.