Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədində itkin düşən ikinci Azərbaycan hərbçisi saxlanılıb.
 
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
 
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki hərbçisi əsgərlər - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər.
 
Onlardan biri aprelin 10-da Ermənistanla sərhəddə saxlanılmışdı.
 
Bu gün erməni KİV-lərində əsgərimizə dəhşətli işgəncələr verildiyinə dair görüntülər yayılıb. 

Həmçinin erməni KİV-ləri iddia edir ki, ötən gün "Zəngəzur mis-molibden zavodu"nun mühafizəçisini əsgərimiz öldürüb. Buna səbəb kimi, həmin mühafizəçinin telefonunun əsgərin üstündən tapılmasını gətirirlər. 
 
Düşmənin məqsədi aydın olur yavaş-yavaş. İtkin düşmüş əsgərlərimizi qaytarmamaq üçün saxta zəmin hazırlayıblar.

Baxış sayı: 10705 | Tarix: 13.04.2023
Bizi Telegramda izləyin: @repostaz