Ermənistanın İrəvan şəhərində 2023-cü il ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı babarlık aktı törədilib, Azərbaycan bayrağı yandırılıb.
 
Bu barədə gənclər və idman naziri Fərid Qayıbov bildirib. O deyib ki, bu, tamamilə qəbuledilməzdir və Ermənistanın belə tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir:
 
"İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən Azərbaycan nümayəndə heyəti yarışa qatılmayacaq və onların vətənə dönməsi gözlənilir. Ermənistan idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməlidir, lakin indi onlar mediaya çıxışları olmadan mehmanxanaya qapadılıblar. Biz beynəlxalq ictimaiyyəti və beynəlxalq idman qurumlarını bu barbar hərəkəti kəskin şəkildə pisləməyə çağırırıq. Biz həmçinin Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. Hesab edirik ki, bu insident Ermənistanın beynəlxalq idman yarışları keçirmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir".

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev ANS Press-ə bildirib ki, komandamız üçün İrəvan-Antalya reysinə biletlər bron edilib. "Saat 02.55-də komandamızın üzvləri Antalyaya, oradan da Bakıya uçmalı idilər.
 
Lakin ermənilər “təhlükəsizlik” bəhanəsi ilə komandamızı oteldən buraxmayıblar.
 
Bütün bunlar Paşinyanın şəxsən açdığı, Dünya və Avropa Ağır Atletika Federasiyalarının prezidentləri Məhəmməd Caloud və Antonio Konflittinin də iştirak etdiyi tədbirdə Azərbaycan bayrağının yandırılmasından sonra baş verir".
Qabil Mehdiyev bildirib ki, milli komandamız hələ də İrəvanda oteldədir. "Onların telefonları offlayndır. Heç nazirliyi nümayndəsi ilə də əlaqə saxlaya bilmirik. Bu da erməni tərəfinin bizə qarşı təxribatıdır".

Baxış sayı: 14467 | Tarix: 15.04.2023
Bizi Telegramda izləyin: @repostaz