Bakıda 149 saylı məktəbin şagirdləri arasında kütləvi zəhərlənmə olub.
Şagirdlər Kliniki Tibbi Mərkəzə aparılıblar.
Məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 18-də məktəbdə 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib:
"Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardıma məlumat verilib və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.
Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Müvafiq müayinələrdən və tibbi prosedurlardan sonra şagirdlərin ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir".
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında bildirib ki, xəstəxanaya 14 şagird gətirilib:
“Hazırda onlar təcili yardım şöbəsindədilər. Vəziyyətləri ağır deyil, həkimlərin nəzarətindədirlər. Həyati təhlükələri yoxdur”.
Məsələ ilə bağlı Xəzər Rayon Polis Şöbəsində araşdırma aparılır.