Ermənistan ərazisinə əsir düşmüş azərbaycanlı əsgər Hüseyn Axundov Zəngəzur mis-molibden zavodunun gözətçisinin qətlində təqsirləndirilib.
Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.