18.04.2023-cü il tarixində süni qiymət artımına etiraz etdiyinə görə, jurnalist Zülfüqar Xeyirxəbərin ölümlə təhdid olunduğu Bakı şəhəri, Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsi, ev 2, Salyan şossesi ilə Ə.Yaqubov küçələrinin kəsişməsi ünvanında fəaliyyət göstərən “Zeytun Pharmaceuticals” MMC-yə məxsus "Gloria Aptekdə yoxlamalar aparılıb.
Bu barədə RePost.Az-a Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilıən məlumat verilib. Məlumata görə, 20.04.2023-cü il tarixində şöbənin əməkdaşları tərəfindən Zülfüqar Xeyirxəbərin müraciətində göstərilən Bakı şəhəri, Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsi, ev 2, Salyan şossesi ilə Ə.Yaqubov küçələrinin kəsişməsi ünvanında fəaliyyət göstərən “Zeytun Pharmaceuticals” MMC-yə məxsus pərakəndə satış əczaçılıq müəssisəsində Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 19.04.2023-cü il tarixli KY231913453 nömrəli çıxarış əsasında plandankənar (növbədənkənar) yoxlama keçirilib.
Yoxlama zamanı şikayətdə qeyd olunan etik davranış normalarına əməl etməyən şəxslərlə bağlı aptekin məsul şəxsindən yazılı izahat alınıb və həmin şəxslərin aptek məsul şəxsinin qohumları olduğu, aptek təşkilatında qeydiyyatları və əczaçılıq təhsilinə malik olmadıqları məlum olub. Bununla bağlı aptek təşkilatı “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nın 3.2.3-cü (etik davranış qaydalarına riayət olunmaması) bəndinin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilərək, barəsində İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilib. İnzibati Xəta haqqında protokol yoxlamanın digər materialları ilə birlikdə aidiyyəti məhkəməyə göndərilməsi üçün Səhiyyə Nazirliyinə təqdim edilib. Qeyd edək ki, həmin maddə ilə aptek təşkilatı 1000-2000 manat məbləğində cərimə edilə bilər.
Əlavə olaraq bildiririk ki, yoxlama keçirilən zaman sözügedən qaydaların 4.4.1.3 (dərman vasitələri saxlanan sahədə (anbar otağında) kondisionerin olmaması) və 7.3-cü (dərman vasitələrinin altlıqsız döşəmədə yerləşdirilməsi) bəndlərinin pozulması faktı aşkar edilərək, İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilib.
Jurnalist Zülfüqar Xeyirxəbər, Səhiyyə Nazirliyinin müvafiq strukturuna və əməkdşalarına müraciətimə belə çevik reaksiya verdiyinə və öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetridiklərinə görə təşəkkür edib.
Jurnalist RePost.Az-a verdiyi açıqlamada eyni operativliyi Daxili İşlər Nazirliyindən də gözlədiyini bildirib.
"Dəyərli dostumuz Elşad Hacıyev, eyni çevikliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindəndə gözələyirdim, amma təəssüflər olsun ki, 8-ci Polis Bölməsi ilə hələ ki, ötür-ötür oyunu oynayırıq. Harınlamışın biri müştərini aptekdə "təpənə güllə çaxacam" deyə təhdid edir, küçə söyüşləri ilə söyür, təhqir edir, üstündən iki sutka keçib hələ bir tərpəniş yoxdur. Elşad Hacıyev, silahı olamayn adam aptekdə müştərini niyə silahla təhdid etsin ki!? Deyərdi ki, bıçaqla deşik-deşik edərəm, nə bilim filan iynəni yeridərəm damarına öldürərəm. Çünki adam aptek işlədir, silah dükanı yox. O adam ya narkotik maddənin təsiri altında idi, ya da ağlı yerində deyil. Hər iki halda cəmiyyət üçün təhlükəlidir. Yoxsa 5 qəpiyə görə adamı ölümlə təhdid edərlər!?
15 dəqiqə vaxt sərf etdim, orada işləyənlərin qohum olduğunu və əczaçılıq təhsilləri olmadığını aşakarlamaq üçün. Səhiyyə Nazirliyinin bu günkü açıqlaması da araşdırmalarımın doğru olduğunu təsdiq etdi. Əminəm ki, tezliklə polis də öz vəzifəsini səhiyyə işçiləri kimi layiqincə yerinə yetirəcək və müvafiq qərarlar qəbul ediləcək. Əks halda bu xəmir çox su aparacaq", - deyə Zülfüqar Xeyirxəbər əlavə edib.
Xatırladaq ki, jurnalist 18.04.2023-cü il tarixində təxminən axşam saat 21:00 radələrində sözügedən aptekdən dərman alarkən süni qiymət artımına etiraz etdiyinə görə, orada olan 45-50 yaşlarında şəxs tərəfindən "bas bayıra, yoxsa başına bir güllə çxıb meyitini ataram küçəyə" deyə ölümlə təhdid olunaraq təhqir olunmuşdu. Jurnalist dərhal hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Səhiyyə Nazirliyinəı məlumat vermişdi. O, elə həmin gün Səbail rayon 8-ci Polis Bölməsinə dəvət edilərək şikayət ərizəsi alınıb.