Baş Prokurorluq Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində mina partlaması barədə məlumat yayıb.
 
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, aprelin 26-sı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Xəzər Babaşov xəsarət alıb.
 
O, Tərtər Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Sağ ayağı topuqdan amputasiya olunub, həyati təhlükəsinin olmadığı bildirilir.
 
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
 
Həmçinin qeyd olunub ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
DİN- in Mətbuat xidmətindən mina partlayışı nəticəsində xəsarət alan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu ANAMA ilə müqavilə əsasında çalışan podratçı şirkətin nümayəndəsidir.

Baxış sayı: 9698 | Tarix: 26.04.2023
Bizi Telegramda izləyin: @repostaz