İsa Qəmbərin oğlu İlkin “Ermənistan Krallığı - Roma ilə Parfiya arasında - Qədim tarix" adlı “sənədli film” çəkib. Təəssüf ki, filmin yaradıcı komandasında ondan başqa daha bir neçə “azərbaycanlı” da var.
 
Filmdə İsa Qəmbərin oğlu sübut etməyə çalışır ki, Ermənistan qədim dövlətdir. Azərbaycanın və Türkiyənin torpaqlarını da uydurma “dənizdən dənizə Ermənistanın ərazisi”nə qatır. Bu da bir kənara, Azərbaycanın heç adını çəkmir, eyni zamanda, sübut etməyə çalışır ki, bu torpaqlar qədimdən ermənilərə məxsus olub. Onun iddiasına görə, ermənilər buranın ilk sakinləridirlər.
 
Tarixçi Zaur Əliyevin sözlərinə görə, əslində bu torpaqlarda “qədim Ermənistan” deyilən heç bir nəinki dövlət, ümumiyyətlə, erməni adı olmayıb. Bunu erməni alimləri özləri də etiraf edirlər: “İlkin Qəmbər bu faktları atasından alıb, yoxsa anası tərəf göndərib, bilmirəm. Heç tarixə çox getmək də lazım deyil. “Erməni” adı tarixdə I Nikolayın 1836-cı ildə Alban Katolikosluğunu ləğv edib, onun yerində erməni katolikosluğunun tabeçiliyinə verilən iki yeparxiya və Erməni Kilsəsinin Tiflis konsistoriyasının tərkibində olan Gəncə vikariatlığı yaratmasından sonra ümumişlək sözə gəlib. Ona qədər heç bir ciddi tarixi qaynaq erməni adını çəkmir. “Hay” adı gedir və bu hayların da Hindistan ərazisindən Əmir Teymurun qoşunu ilə bu torpaqlara gəlməsi təsdiqlənir”.
 
Zaur Əliyev vurğulayıb ki, bu başqa mövzudur, əsl mövzu İsa Qəmbərin oğlunun Kanadada yaşayaraq, belə işlərlə məşğul olmasıdır. “Razıyam, ata övladının işinə qarışa bilməz. Amma tərbiyə verməyi, Vətəni sevdirməyi, Vətəni göstərməyi ki, bacara bilər. Necə olur, yüzlərlə qazi və şəhid ataları öz övladlarına Vətən tərbiyəsi verə bilir, amma İsa Qəmbər kimi adam, özü də həyat yoldaşı alim olan bir adam verə bilmir?”
 
İsa Qəmbərə müraciət edən tarixçi onun Rəsulzadənin yadigarı olan Müsavatda təmsil olunduğunu xatırladıb. O qeyd edib ki, Müsavat hər zaman ermənilərə qarşı mübarizə aparıb. Yüzlərlə müsavatçı birinci və ikinci Qarabağ müharibəsində canların qoyublar. Şəhid və qazi olublar. Azərbaycan üçün əzablardan keçiblər.
 
“ Amma sizin tərbiyə verdiyiniz oğlunuz ermənilərə qarşı savaşan yüzlərlə müsavatçının qanı üzərindən adlayaraq, düşmən tarixi haqqında film çəkir. Şükür edirəm ki, nə yaxşı, məhz İsa Qəmbər hakimiyyətə gəlməyib. Yoxsa onun İlkin adlı oğlu Bakıda Şaumyana, Andronikə, Mikoyana, Monte Melkonyana heykəl qoyardı! Sizin İlkin adlı oğlunuz İsa Qəmbərin sonunu gətirdi. Heyf, çox heyf ki, sizin partiyada minlərlə qarabağlı var. Utanıram onların yerinə!” – nidası ilə fikirlərini yekunlaşdıran tarixçi sonda qarabağlılara müraciət edib: “Baxın, qarabağlılar, inandığınız İsa Qəmbərin oğlu sizin dədə-baba torpaqlarında "Böyük Ermənistan" yaradıb!..”

İsa Qəbmər mediaya verdiyi açıqlamasında oğlunun yetkin insan olduğunu və onun hərəktlərinə cavabdeh olmadığını bildirib. Anası şərqşünas alim Aidə Bağırova isə bu məslədə spekulyasiyaların olduğunu deyəərk cavab vermək istəməyib. 

Baxış sayı: 8767 | Tarix: 26.04.2023
Bizi Telegramda izləyin: @repostaz