Ermənistanda İstiqlal marşını oxutduraraq onlara ən gözəl cavabı verdiyimizi düşünürəm.
Bunu İrəvanda keçirilmiş Avropa Çempionatında qızıl mükafat qazanan türkiyəli idmançı Nuray Güngör deyib.
"Bu gözəl qarşılama üçün təşəkkür edirəm. Bir daha Azərbaycan-Türkiyə qardaşlığını ortaya qoymuş olduq. Ermənistanda iki qızıl medal qazandım və İstiqlal marşımızı oxutdum. Bunun ayrı bir qüruru var. Azərbaycanlı bacı-qardaşlarımız yoxdursa, biz varıq dedik və İstiqlal marşımızı Ermənistanda oxutmaqla onlara ən gözəl cavabı verdiyimizi düşünürəm. Azərbaycana qarşı edilmiş hörmətsizlik bizə də edilmişdir", - deyə o qeyd edib.
Avropa Çempionatında gümüş mükafatçısı Qamze Altun medalını Azərbaycana hədiyyə etdiyi üçün çox qürurlu olduğunu bildirib.
"Azərbaycanda olduğum üçün çox xoşbəxtəm. Dəvət üçün Prezident İlham Əliyevə və həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür edirəm", - deyə o qeyd edib.