Aprelin 28-30-da Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə 13-cü Avropa Çempionatı keçirilib.
RePost.Az xəbər verir ki, Avropa çempionatında milli komandamız da iştirak edib.
Yarışda məşqçi Şahin Atamanovun yetrimələri xüsusilə fərqləniblər. WSF üzrə 13-cü Avropa Çempionatının 1-ci yarış günündə 10-11 yaş kateqoriyasında döyüşə qatılan Yisif Yusifov bütün rəqiblərini məğlub edərək keçirdiyi görüşlərin hamısından qalib ayrılıb. Yusif öz yaş qrupunda bütün rəqiblərindən üstün olaraq Azərbaycn Bayraı ilə Avropa Çempionu tituluna laqyiq görülüb.