Aprelin 28-30-da Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə 13-cü Avropa Çempionatı keçirilib.
 
RePost.Az xəbər verir ki, Avropa çempionatında milli komandamız da iştirak edib.
 
Yarışda məşqçi Şahin Atamanovun yetrimələri xüsusilə fərqləniblər. WSF üzrə 13-cü Avropa Çempionatının 1-ci yarış günündə 8-9 yash kateqoriyasinda görüşlər keçirən Əlbadi Nəcəfli yarışdan medal və kubokla ayrılmışdır. Belə ki, o, Azərbaycan Bayrağı ilə Avropa Çempionu titulu uzrə  3-cü yer, Komanda döyüşlərində 1-ci yer, Dünya Kuboku döyüşlərində 2-ci yerin qalibi və Dünya Kubokuna layiq görülmüşdür.  
 

Baxış sayı: 20490 | Tarix: 01.05.2023
Bizi Telegramda izləyin: @repostaz