Bakının Nərimanov rayonu ərazisində yerləşən “Cümə” məscidində təmirdən sonra ilk dəfə Cümə namazı qılınıb.
 
Namaz Ceyhun Rüstəmovun imamətliyi ilə qılınıb.
 
İmam xütbəsində bildirib ki, Azərbaycan müstəqillik əldə edən zaman ölkədə cəmi 17 məscid vardı: "Bu gün isə vətənimizdə 2246 məscid fəaliyyət göstərir. Dövlətimiz iqtisadi, siyasi və diplomatik sahələrdə uğurları ilə yanaşı, nümunəvi dini, mənəvi həyatı ilə də diqqət mərkəzindədir".
 
Qeyd edək ki, "Cümə" məscidi 1998-ci ildən fəaliyyətə başlayıb. İllər ötdükcə bina tədricən qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə bu məsciddə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. İşlər yüksək səviyyədə həyata keçirilib və bu ilin aprel ayında başa çatdırılıb.
 
Aprelin 20-də “Cümə” məscidinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
 
Eyni vaxtda 600-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub

Baxış sayı: 12396 | Tarix: 12.05.2023
Bizi Telegramda izləyin: @repostaz