"Azərsu" ASC-nin Su qrupları yaradılıb. Bu qruplar böyük su istehlakçılarının, sudan xammal kimi istifadə edən abunəçilərin su təchizatı sisteminə baxış keçirir, təhlillər aparırlar.
Bunu "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.
"Aparılan monitorinqlər nəticəsində bir sıra qanunsuz hallar aşkar edilib."Qeyri-əhali" abonent "əhali" olan abonentin suyundan istifadə edir. "Qeyri-əhali"dən istifadə etdikə 2 manat ödəniş etməli olduğu üçün,"Əhali" xəttindən istifadə edərək 1 manat ödəniş edirlər",-deyə Anar Cəbrayıllı bildirib.