İyunun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 16-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-55 % olacaq.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.

Baxış sayı: 7608 | Tarix: 01.06.2023
Bizi Telegramda izləyin: @repostaz