"Skuter icarəsi üzrə bəzi tətbiqlər fəaliyyətlərini müvəqqəti dayandırıblar.

RePost.Az xəbər verir ki, bunun səbəbi istifadəçilərə verilən məlumatda “polis reydləri” ilə əlaqələndirilib. 
 
"Yollarda skuter sürməyə polis tərəfindən icazə verilmədiyi barədə yazmışdıq. Skuter xidməti göstərən şirkətlər skuteri yolda sürən şəxslərin bəzən cərimələndiyini, hətta skuterlərin cərimə meydançasına aparıldığını bildirirdilər."

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, skuterlər mopedlərə oxşar xüsusiyyətlər olduğu üçün onların hərəkəti “Yol hərəkəti haqqında” qanunun 46-cı maddəsində nəzərdə tutulduğu kimi vəzifə və hüquqlara sahibdir: "Hər bir skuter idarə edən şəxs nəzərdə tutulmuş qaydada yolun sağ hissəsi ilə bütün qaydaları icra etməklə bu növ qeyri-mexaniki vasitələrini idarə edə bilərlər. Dəbilqədən istifadə etmədikdə 40 AZN, digər hallara görə 20-100 AZN məbləğində cərimələr müəyyən olunub".

Baxış sayı: 7304 | Tarix: 02.06.2023
Bizi Telegramda izləyin: @repostaz