İsmayıllı rayonunun yüksək dağlıq ərazisindəki Lahıc, Ərəgit, yuxarı Cülyan, Daxar, Yuxarı Zərnava, Qaraqaya kəndlərinə yağan leysan yağış nəticəsində hazırda Girdimançaydan sel keçir.
 
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Qeyd olunub ki, əvvəlcədən verilən xəbərdarlığa əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Xidmətin iyunun 07-si saat 00:00-a olan məlumatına əsasən Naxçıvan, Şahbuz, Daşkəsən, Yevlax, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Ağstafa, Ceyrançöl,Tovuz, Balakən, Ağsu, Qəbələ, Şəki, Şahdağ, Oğuz, Quba, Şabran, Altıağac, Xaltan, Qusar, Qrız, İsmayıllı və Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
 
Zaqatala rayonuna saat 23:30 radələrində xırda dənəli dolu düşüb.
 
"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar əhalini bir daha ehtiyatlı olmağa çağırırıq", - deyə məlumatda bildirilib.

Baxış sayı: 7931 | Tarix: 07.06.2023
Bizi Telegramda izləyin: @repostaz