Yasamal rayonunda Süleyman Tağızadə və Abdulla Şaiq küçələrinin kəsişməsindəki yoxuşa qoyulan yol nişanı narazılığa səbəb olub. Sürücülərin sözlərinə görə, həmin nişan qəzalara səbəb ola bilər.

Çünki dik yoxuşda stop nişanının tələblərinə əməl etmək o qədər də asan deyil. Yağışlı, qarlı və şaxtalı havalarda isə bu mümkün deyil. Məhz bunu bilə-bilə BNA nişanın düz üstünə də kamera quraşdırıb. Bununla da qurumun məqsədi əslindfə bəlli olur. BNA yolda təhlükə\sizliyi təmin etmək yox, sürücülərin kütləvi şəkildə cərimələnməsi üçün tələ qurub. 
 
Adı çəkilən küçədəki nişanı quraşdıran Bakı Nəqliyyat Agentliyi (BNA) fərqli arqument gətirib.
 
Ətraflı İTV-nin videomaterialında izləyə bilərsiniz:

Baxış sayı: 10040 | Tarix: 07.06.2023
Bizi Telegramda izləyin: @repostaz