Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Nətavan Babayeva reanimasiyaya yerləşdirilib.
Bir neçə ildir ki, onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşib.
“Pasiyent Onkologiya Mərkəzinə ağır vəziyyətdə gətirilib. Hazırda həkimlər tərəfindən müayinə edilir”. Bunu Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli deyib.
O bildirib ki, N.Babayeva müalicəni Türkiyədə alırmış:
“Ağır vəziyyətdə müəssisəyə qəbul edilib. Həkimlərimiz əllərindən gələni edirlər. Pasiyent üçün nə lazımdırsa, hamısı ediləcək”.
Xatırladaq ki, Nətavan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.