Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı olub.
 
Müdafiə Sənayesi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakov bildirilib ki, bu gün saat 12 radələrində nazirliyin "Şirvan Araz zavodu" MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib. Nəticədə bir nəfər 1966-cı il təvəllüdlü Şirvan sakini Əhmədov Mehman Həsən oğlu vəfat edib, 1970-ci il təvəllüdlü Şirvan sakini, Şəkərova Səbinə Elyas qızı isə əlindən xəsarət alıb.

O, Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.
 

Baxış sayı: 7684 | Tarix: 24.07.2023
Bizi Telegramda izləyin: @repostaz