Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub.
 
RePost.Az xəbər verir ki, polisin həyata keçirdiyi əməliyyat tədbirləri ilə cinayətin üstü açılıb və Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
 
Məlum olub ki, Azay Qaraşov hadisəni törətdikdən sonra əməlini ört-basdır etməyə çalışıb.

Baxış sayı: 9983 | Tarix: 28.07.2023
Bizi Telegramda izləyin: @repostaz