Bakının Nərimanov rayonu ərazisində yerləşən "Şərq" bazarı söküləcək.

RePost.Az xəbər verir ki, bu haqda məlumatı musavat.com yazıb.

Sayt bildirir ki, bazarın ətrafındakı bütün köhnə tikililər plana düşüb: "Ərazidə yerləşən əksər obyektlər, o cümlədən də "Şərq" bazarı, böyük ehtimalla, plana düşəcək. Ərazidəki obyekt sahiblərinə dövlət tərəfindən kompensasiya ödəniləcək və onlar elə də böyük maddi itki ilə üzləşməyəcəklər".

 

Sayt sahibkarların Ziya Bünyadov prospektində yeni istifadəyə verilmiş ticarət mərkəzinə köçürülmə ehtimalının olduğunu da qeyd edib


Baxış sayı: 3732 | Tarix: 30.03.2017
Bizi Telegramda izləyin: @repostaz