ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, respublikaçı Qreq Styubi konqresə prezident Co Baydenin impiçmenti barədə qətnamə təqdim edib.
Konqresmen impiçmentə səbəb kimi vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və dələduzluq hallarını göstərib.
Siyasətçi indiki dövlət başçısının ailəsinin biznes ilə məşğul olduğuna və əcnəbilərdən pul qəbul etdiyinə işarə edib.